Lavrov sərhəddəki vəziyyəti müzakirə etdi

1 May 2021 20:31

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri Ruslan Kazakbaev və Sirociddin Muhriddin ilə telefon danışıqları aparıb və tərəflərin Qırğızıstan-Tacikistan sərhədində tənzimləmə barədə razılaşmalarını məmnuniyyətlə qarşılayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

"Rusiya Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq bu prosesə bütün lazımi köməyi göstərməyə davam etməyə hazırdır", - məlumatda deyilir.

Milli.Az