Bakıda boş qalmış bu məbəd üçün... - VİDEO - FOTO

1 May 2021 20:16

Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə "Peyvənd olunaq ki, tezliklə görüşə bilək!" çağırışı ilə sevimli tamaşaçılarına  müraciət edib.

COVİD-19 koronavirusuna qarşı peyvənd olunmaq kimi mühum çağırışı hər kəsə ünvanlayan qısametrajlı rolikdə teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

COVİD-19-a qarşı peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır...

Təsirli kadrlarla zəngin olan bu videoçarxı izləyin və bir daha əmin olun ki, peyvənd edilməyiniz  bizim hər birimizə nə qədər vacibdir.

Onu da əlavə edək ki, layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.

Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

Videoçarxı bu linkdən izləyə bilərsiniz.

Milli.Az