Vaksinin yaradıcısından Hindistan ştammı açıqlaması: "Ümidliyəm"

30 Aprel 2021 23:30

"BioNTech"in qurucusu professor Uğur Şahin Hindistan ştammı ilə bağlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, indiyə qədər 30-dan çox koronavirus variantı laboratoriyada araşdırılıb:

"Vaksin isə hər birinə qarşı təsirlidir. Eləcə də Hindistan ştammında daha əvvəl araşdırdığımız və vaksinin təsirli olduğu mutasiyalar var. Yenə də ümidliyəm", - deyə əlavə edib. /medicina.az

Milli.Az