Salyanda qızıl oğruları tutuldu

1 May 2021 19:53

Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar.

Milli.Az