Azərbaycanda monetar siyasətin hədəfləri açıqlanıb

30 Aprel 2021 16:52

Azərbaycanda monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib

O bildirib ki, yanvarın sonundan etibarən pul bazarının müxtəlif seqmentləri üzrə nominal və real faizlərdə cüzi azalma müşahidə edilib:

"Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1,4 faiz, o cümlədən biznes kreditləri 1 faiz, ipoteka kreditləri 4,4 faiz, istehlak kreditləri 0,5 faiz artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir".

Milli.Az