İbrahim Tatlısəsin ailəsində itki - FOTO

30 Aprel 2021 18:19

Müğənni İbrahim Tatlısəsin ailəsində ağır itki üz verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin dayısı Emin Dadak rəhmətə gedib. Mərhumun yaşı ilə bağlı yaşadığı bir sıra xəstəliklərdən vəfat etdiyi bildirilib.

Dayısının dünyasını dəyişdiyini öyrənən Tatlısəs çox sarsıldığını bildirib. İbrahim dayısı ilə tez-tez görüşməsə də, onunla telefonla əlaqə saxlayaraq hər zaman hal-əhval tutduğunu deyib.

Milli.Az