Putin qırğız-tacik münaqişəsinə əl qoyur

30 Aprel 2021 18:26

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan arasındakı konfliktin həllində vasitəçi olmağa hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, bizim KTMT və digər formatlardakı əlaqəmizdən istifadə edərək, Prezident Putin ölkələr arasındakı problemin həllində vasitəçiliyə hazır olduğunu hər zaman nümayiş etdirib", - Peskov bildirib.

Qeyd edək ki, 28 aprel tarixində Qırğızıstan və Tacikistan vətəndaşları arasında toqquşma daha sonra sərhəd xidməti əməkdaşlarının atəşi ilə davam edib. İnsident nəticəsində çoxsaylı yaralı və ölənlər var.

Hazırda atəşin kəsilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda ikitərəfli işçi qrupu yaradılıb. Buna baxçayaraq, bəzi ərazilərdə atəş səslərinin gəldiyi haqda məlumatlar yayılır.

Milli.Az