“ABŞ Rusiyada öz konsulluq xidmətlərini baltaladı”

1 May 2021 19:43

"ABŞ Rusiyada öz konsulluq xidmətlərini baltaladı".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik"ə açıqlamasında deyib.

O, ABŞ-ın Moskva Səfirliyinin konsulluq xidmətlərini azaldacağından danışıb:

"Son illərdə ABŞ konsulluq sahəsində yalnız xoşagəlmıəz formada çalışmaqla kifayətlənmədi, öz konsulluq xidmətlərini də baltaladı. Bunu təkcə özləri etdi, amma bu müddətdə də Rusiyanın qəbul etdiyi bəzi təsir vasitələrinin arxasına sığındılar. Bu, doğru deyil".

Zaxarova bildirib ki, Moskva Vaşinqtonu konsulluq əməkdaşlarının sayını azaltmaöa məcbur etmir:

"Xüsusən konsulluq sahəsində diplomat sayını azaltmaq Vaşinqtonun qərarı idi. ABŞ-ın viza verilməsi sistemi üz-üzə müsahibələr və uzun gözləmə müddətləri səbəbindən çox ibtidaidir.

Rusiya ABŞ-dakı səfirlikdə işləyənlərin deportasiya edilməsinə baxmayaraq, ABŞ vətəndaşlarına 7-10 gün içində viza verməyə davam edir".

Milli.Az