Polşa şirkətləri azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləməyə hazırdır - XİN

30 Aprel 2021 16:42

Polşa şirkətləri azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləməyə hazırdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Polşa Xarici İşlər Nazirliyindən deyiblər.

Qeyd olunub ki, hazırda bu prosesdə iştirak etməkdə maraqlı olan şirkətlərin təklifləri üzərində iş aparılır:

"Polşa şirkətlər azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi, tikinti, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, kənd təsərrüfatı kimi sahələrdə tətbiq oluna biləcək təkliflər verə bilər. Bundan başqa, Polşa memarlıq və mədəni irsin qorunmasına yönəlmiş layihələrin icrasında böyük təcrübəyə malikdir. Belə ki, Polşanın konservasiya məktəbi bütün dünyada məşhurdur. Polşalı mütəxəssislər, restavratorlar və memarlar bütün qitələrdə aparılan restavrasiya işlərində iştirak edir. Bu potensial və təcrübə azad edilmiş ərazilərdə mədəni irsin bərpası üçün faydalı ola bilər".

Milli.Az