Zaur 70 minlik qapısına aydınlıq gətirdi

30 Aprel 2021 16:49

Bir müddət öncə "Həmin Zaur" verlişində müğənni Yusif Mustafayevlə aparıcı Zaur Kamal arasında qalmaqal yaşanıb. Zaur Y.Mustafayeva "Galenvagen" markalı avtomobilinin olduğunu deyib. Müğənni də bunun qarşılığında aprıcının 70 minlik qapısının olduğunu söyləyib.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, Zaur Kamal yenidən bu məsələ haqda danışıb. O proqramda bunları söyləyib:

"Yusif Mustafayev canlı yayımda dedi ki, Zaurun 70  minlik qapısı var. Hara gedirəmsə, onu soruşurlar  Düşünmürlər ki, 70 minə qapı olar? Yoxdur".

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə meyxanaçı Namiq Məna isə o qiymətə qapının ola biləcəyini deyiblər. Zaur isə qətiyyətlə olmadığını bildirib.

Milli.Az