İsraildə matəm elan olundu

30 Aprel 2021 15:22

İsrailin Meron dağında keçirilən Laq Ba-omer dini mərasimi zamanı baş verən faciə ilə əlaqədar bazar günü, mayın 2-si ölkədə milli matəm günü elan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu elan edib.

Qeyd edək ki, mərasim zamanı yaranan izdihamda 44 nəfər ölüb, 150 nəfər yaralanıb.

Milli.Az