Qadınlara məsciddə namaz qılmalarına icazə verilmədi - "Peyğəmbərin hədislərindən uzaqsınız" - VİDEO

30 Aprel 2021 16:19

İstanbulda məscidə girərək namaz qılmaq istəyən qadınları "Peyğəmbərin hədislərindən uzaqsınız" deyərək içəri buraxmayıblar.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, cib telefonuna çəkilən kadrlar sosial mediada böyük rezonans doğurub. Hər kəs buna etiraz edib.

İcazə verməyənlər bildiriblər ki, peyğəmbərin bununla bağlı hədisi var. Yəni onlar kişilərlə birlikdə namaz qıla bilməz.

Kamran Seyidov
Milli.Az