İranda ötən sutkada 407 nəfər koronavirusdan ölüb

30 Aprel 2021 16:24

İranda ötən sutka ərzində 407 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 71 758 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 19 272 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 499 077 nəfərə çatıb. Virus daşıyıcılarından 5 398 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 954 321 nəfər koronavirusdan sağalıb, 15,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 1,06 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 858 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 209 min təşkil edir.

Milli.Az