Disseminasiya olunmuş damar daxili laxtalanma

4 May 2021 07:51

Disseminasiya olunmuş damar daxili laxtalanma sindromu hemosazın pozulması olub,bunun əsasında çoxlu miqdarda mikrolaxtaların,hüceyrə aqreqatlarının yaranması,bunların orqan və toxumalarda mikrosirkulyasiya etməsi durur.
Xəstəlik müxtəlif situasiyalar zamanı yaranır.Bunlara aiddir:
- cərrahi müdaxilələr
- akuşer patologiyalar
- bədxassəli şişlər
- sepsis
- bir sıra terapevtik xəstəliklər
- hemablastozlar
- kəskin və xroniki böyrək çatəşmazlığı
- sistem vaskulitlər
- kəskin hemoliz
Disseminasiya edilmiş damardaxili laxtalanma zamanı orqanizdə baş verən patologiyalar laxtalanma və laxtalanma əleyhinə sistemlərin vəziyyətinin pozulması səbəbli baş verir.
Xəstəliyin başlanğıc mərhələsində müxtəlif faktorların təsirindən qanın laxtalanması və trombositlərin aqreqasiyası baş verir.
Sonra qan dövranında fibrinolitik sistemin aktivləşməsi çoxlu miqdarda zülal parçalanması məhsullarının daxil olması nəticəsində trombun çökməsi baş verir.Çoxsaylı trombların əmələ gəlməsi isə mikrosirkulyasiyanın pozulmasına səbəb olur ki,bunun nəticəsində də müxtəlif orqan və sistemlərdə patologiyalar baş verir.
Xəstəlik hemorragik simptomlarla özünü biruzə verir.Xəstələrdə mikrosirkulyasiyanın pozulması səbəbindən əmələ gələn xəstəliklərdən, şoka qədər çatışmazlıqlar meydana çıxa bilir.Bu zaman qan dövranına çoxlu miqdarda toxuma tromboplastini daxil olduqda arterial və mərkəzi venoz təzyiqin düşməsi ilə müşayət olunan hemodinamikanın pozulması baş verir.
Xəstəliyə diaqnozun qoyulmasında kliniki gedişin mənzərəsi və qanın analizlərinin müayinəsi əsas götürülür.
Xəstələrdə arterial təzyiqin çox düşməsi ,hemorragik sindromların əmələ gəlməsi və orqanların vəziyyətində pisləşmə olduğuna görə təxirəsalınmaz müalicə tədbirləri görmək lazım gəlir.Müalicə zamanı tromb əleyhinə müalicədən və plazma tranfuziyasından istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütü

Milli.Az