Həmyerlisinin qanını töküb qaçdı
29 Aprel 2010 10:06
Şəhər Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 44 yaşlı İsrafil Məsimov naməlum şəxs tərəfindən bıçaqlanıb. Zərərçəkmiş bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.
Mingəçevir polisinin apardığı araşdırmalardan sonra İ.Məsimova bıçaq xəsarəti yetirən şəxsin kimliyi müəyyənləşdirlib. Məlum olub ki, o, zərərçəkənin öz həmyerlisi olan Kamran adlı şəxsdir.
Hazırda həmin şəxsin tutulması istiqamətində axtarış tədbirləri aparılır.
Anar Məmmədov
Milli.Az