DSX-nin yeni zastavası fəaliyyətə başlayıb. - FOTO

30 Aprel 2021 13:31

Aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

DSX-dan Milli.Az-a verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azər­baycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraq­ların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanmışdır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdiril­mə­sinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qay­ğının növbəti təzahürü olmasını bildirilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçirmışlər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndiril­dikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.

Milli.Az