Quru dərilər üçün maska

13 May 2021 17:45

Ev şəraitində də dərinizə qulluq edə bilərsiniz. Bunun üçün çox bahalı məhsullara ehtiyac yoxdur. Bir çox meyvə və tərəvəzdən dərinizi gözəlləşdirmək üçün müxtəlif maskalar hazırlana bilər.

Milli.Az Axşam.az-a istinadən quru dərilər üçün qidalandırıcı və nəmləndirici çiyələk maskasını təqdim edir:

Bir ovuc təzə çiyələk əzilib, un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem halına gətirilir. Alınan məhlul 20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur.

Qeyd edək ki, çiyələk maskası xüsusilə gözaltlarındakı qırışların azalmasında mühüm rol oynayır.

Milli.Az