Burada söhbət tək qadın-kişi sevgisindən getmir" - Roza Zərgərli - VİDEO

30 Aprel 2021 13:54

Müğənni Roza Zərgərli "Я влюбилась" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Bəstənin sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqisi Sevinc Tofiqqızına məxsusdur.

R.Zərgərli yeni işindən danışarkən bildirib ki, klipdə peşəkar aktyorlara müraciət etməyib:

"Mahnı 2 il yarım bundan əvvəl yazılıb. Qazaxıstanın Karaqanda şəhərində keçirilən bir festivalda rus dilində mahnı lazım idi, mən də "Я влюбилась"ı seçdim. Bu yaxınlarda qərara gəldim ki, mahnını yeni aranjimanda hazırlayım. Givi Usenaşvili yeni formada mahnını təhvil verdi. Bu il Nizami Gəncəvi ilidir. Ona görə də çəkiliş məkanı kimi Nizami küçəsini seçdik. Klipdə sevginin hər növünü göstərmək istədik. Burada tək qadın-kişi sevgisindən söz getmir. Eyni zamanda ana-övlad, vətənə, heyvana olan sevgi də əks olunub. Azərbaycan tolerant dövlətdir. Buna görə də klipdə rus əsilli uşaq çəkdik. İkinci Vətən müharibəsinin iştirakçısı, qazimiz Pərvin Abdullayev də "Я влюбилась"da rol alıb. Bəzi kadrlarımız isə real həyatda yaşanan hadisələr olub".

Milli.Az