Bu evlər 1 avroya satılır - FOTOlar

30 Aprel 2021 14:24

İtaliyanın Sicilya bölgəsinin "Castiglione" ərazisində yaşayış evləri 1 avrodan satışa çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1900-cü ildə 14 minə yaxın əhalisi olan bölgədə hazırda 3 min sakin yaşayır.

Əhali sayını artırmaq üçün evlər ucuz qiymətə təklif edilir. Təmiri yüksək səviyyədə olan mənzillərin qiyməti isə 4-5 min avro arasında müəyyən edilib.

Eyni evə bir və ya daha çox şəxs alıcı çıxarsa, o zaman mənzil hərraca çıxarılacaq. Lakin bu mülklərə sahib olanlar mütləq 4 min avroluq sığorta ödənişi etməlidirlər.

Milli.Az