Almaniyada müsəlmanların sayı 5,6 milyon nəfərə çatdı

30 Aprel 2021 21:45

Almaniya əhalisinin təxminən 6,5%-ni müsəlmanlar təşkil edir. Üstəlik, onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır.

Milli.Az xəbər verir ki, bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib.

Ölkədə 5,3-5,6 milyon müsəlman yaşayır və bu rəqəm 5 il öncəki rəqəmdən 1 milyon çoxdur.

Araşdırmalar göstərir ki, hazırda müsəlmanlar Almaniya cəmiyyətinin 6,4-6,7 faizini təşkil edir.

Ölkədəki müsəlmanların - 45%-i Türkiyədən gələnlər və onların övladlarıdır; 27%-i Yaxın Şərq və Şimali Afrika əsilli; 20%-i isə Cənub-Şərqi Avropa əsillidir. (publika.az)

Milli.Az