Diş əti qanamasının qarşısını belə alın

1 May 2021 18:45

Müasir dövrdə bir çox insanlarda hələ də diş əti xəstəliyinə rast gəlinir. Bunlardan ən çox yayılanı isə diş ətinin qanamsıdır.

Milli.Az Axşam.az-a istinadən bildirir ki,  mütəxəssislərin araşdırmalarına görə, bu xəstəlik birbaşa C  vitamini ilə əlaqəlidir.

Diş əti qanamasının  ilkin səbəbi mikrobial diş lövhəsidir. Digər səbəbləri isə siqaret çəkmək, hormonal dəyişikliklər, stress, genetik faktorlar, dişlərin sıxılması, şəkərli diabet və qidalanmadan qaynaqlanır.

İstehlak etdiyimiz qida rasiyonuna bibər yaxud da  kivi, portağal əlavə edərək C vitamini qəbulunu bərpa edə bilərik. Gündə 60 qramdan az C vitamini istehlakı xəstəliyə səbəb olur. Lakin bu vitaminin normadan artıq, 180 qram qəbulu da sağlamlıq üçün məsləhət deyil.

Bir sözlə, normal qaydada istifadə edilən C vitamini diş əti sağlamlığına müsbət təsir edir. Əgər diş ətiniz dayanmadan yenə də qanayırsa bu zaman fırça seçimini düzgün etməlisiniz.

Milli.Az