Mart ayında Gürcüstanda inflyasiya 7,2 faizə yüksəlib

30 Aprel 2021 20:55

Cari ilin mart ayında Gürcüstanda inflyasiya 7,2 faiz olub.

Fevral ayı ilə müqayisədə qiymətlər 4,2 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bankın məlumatına görə, inflyasiya və qiymət artımı bir neçə amil ilə əlaqədar olub.

Mütəxəssislər hesab edirlər ki, inflyasiyaya ilk növbədə koronovirus pandemiyası səbəbindən iqtisadiyyatda yaranan problemlər səbəb olub.

Ölkədə pandemiya səbəbindən yaranmış böhranın əhaliyə təsirini azaltmaq üçün kommunal xərclər üçün büdcədən subsidiyaların ləğvi, dünya bazarında benzinin qiymətinin artımı və milli valyuta larinin ucuzlaşması da qiymət artımına təsir edən əsas amillərdəndir.

Mart ayında qida məhsullarının qiyməti fevral ayı ilə müqayisədə 5,5 faiz bahalaşıb.

Ölkədə səhiyyə xidmətləri isə 13,6 faiz bahalaşıb.

Milli.Az