Buxarestdə maşından çıxmamış peyvəndlənmək olar

30 Aprel 2021 21:50

Rumıniyanın paytaxtı Buxarestin Konstitusiya meydanında maşından çıxmamış peyvəndlənmək olar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə birinci "drive-through" tipində peyvəndlənmə mərkəzidir. Vətəndaşlar səhər saatlarından peyvəndlənmək üçün maşınlarında növbəyə düzülürlər. Rumıniyanın səhiyyə nazirliyində dövlət katibi Andrey Baçu jurnalistlərə bildirib ki, peyvənd hamıya çatacaq. Yeni peyvəndlənmə mexanizmi, vaxtı olmayan, hər hansı bir səbəbdən peyvəndlənməyə çatmayan vətəndaşlar üçün ünvanlanıb. Mərkəz səhər saat 8-dən axşam saat 8-ə kimi fəaliyyət göstərir. Vətəndaşlara vurulan peyvənd isə Pfizer şirkətinə məxsusdur. Peyvəndlənmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsini və mərkəzə çatmamış doldurula biləcək sorğu kağızını təqdim etməlidir. Peyvəndlənmək üçün elektron növbə sistemi tətbiq olunmur. Bütün peyvənd olunan vətəndaşlar barədə məlumat milli elektron qeydiyyat portalına yerləşdirilir. Mərkəzin sentyabr ayına kimi fəaliyyət göstərməsi gözlənilir.

Milli.Az