Dubaydakı bayraq mozaikası "Ginnesin Rekordlar Kitabı"na düşüb - FOTO

30 Aprel 2021 21:10

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müstəqillik Günü ilə əlaqədar Dubayın mərkəzindəki Polis Akademiyasının qarşısında yerləşən parkda quraşdırılmış dövlət bayrağının təsviri olan 498,33 kvadratmetrlik mozaika "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mozaikanın sponsoru qismində BƏƏ-nin Milli Ərzaq Məhsulları Şirkəti, habelə Əmirliyin Qırmızı Aypara Cəmiyyəti və Dubay hökuməti çıxış ediblər.

Mozaika ilə yanaşı, sponsorlar COVID-19 pandemiyası nəticəsində sosial çətinliklər yaşayan aztəminatlı ailələrə yardım kampaniyası çərçivəsində 490 min ərzaq paketi paylayıblar.

Milli.Az