Bel ağrılarından xilas olun - FOTOlar

1 May 2021 15:30

Pandemiya səbəbilə iş həyatının evdə davam etdirilməsi kompüter qarşısında keçirdiyimiz saatları artırıb. Bu vəziyyət bir çox insanda bel ağrılarına gətirib çıxarıb. Mütəxəssislərin sözlərinə görə, hazırkı dövrdə cəmiyyətdə 10 adamdan 9-da bel ağrılarına rast gəlinir. Onurğa sütunu və xüsusilə də bel, yaxud da bel çuxuru əyri formada olur. Bu da öz növbəsində qamət pozğunluğu yaradır və  bel ətrafı əzələlərin funksiyalarını pozur.

Milli.Az Axşam.az-a istinadən bel ağrılarını azaltmağa kömək edən üsulları təqdim edir :

1.Başınızda kitab gəzdirin

Həm oturaraq, həm də ayaqüstə  "başda kitab gəzdirmək" idmanı. Çiyinlərinizi düz saxlayaraq başınıza bir kitab qoyun. Bu şəkildə gündə bir neçə dəfə 5 dəqiqə dayanmağa çalışın. Belə etməklə bel əyriliyini aradan qaldıra bilərsiniz.

2.Əllərinizi bel boşluğuna qoyub möhkəm sıxın
Döşəmədə uzanmış vəziyyətdə əllərinizi bel boşluğuna qoyun və belinizi sıxın. 10-a qədər sayın, sonra əllərinizi buraxın. Bunu səhər və axşam müntəzəm olaraq etdiyiniz zaman qarın və bel ağrılarını tamamilə azalda bilərsiniz.

3.Pişik-dəvə formasında dayanın
Maili vəziyyətdə dizlərinizə və dirsəklərinizə  söykənin. Belinizi pişik-dəvə formasında gətirərək hərəkət edin. Hər gün səhər 10 dəfə bu idmanı edin. Bu hərəkətlər belin həm ön, həm də arxa əzələlərini rahatlaşdırır.

4.Arxası üstə uzunaraq ayaqlarınızı yuxarıda saxlayın
Arxası üstə uzanarkən hər iki ayağınızı yuxarı qaldırın. Əvvəl sağ ayağınızı ombanın üzərinə 10 dəfə endirib-qaldırın. Sonra eyni hərəkti sol ayağınız üzərində də icra edin. Daha sonra isə hər iki ayağınızı omba üzərində 10 dəfə endirib-qaldırın. Bu hərəkəti səhər və axşam 10 dəfə təkrar edin.