Qardaş evində matəm - Dini bayram faciə ilə nəticələndi - VİDEO - FOTO

30 Aprel 2021 09:42

İsraildə dini mərasim zamanı yaranmış izdiham 44 nəfərin ölümünə, 100-dən çox insanın isə xəsarət alması ilə nəticələnib.

Milli.Az "Jerusalem Post"a istinadən xəbər verir ki, insident İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində baş verib.

Bayram təşkilatçıları tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirir. Baş nazir Benyamin Netanyahu onlarla insanın ölümü ilə nəticələnən faciəyə reaksiya verib. Tvitter səhifəsində yazdığı statusda "Meron dağında ağır fəlaət baş verib. Biz yaralıların sağalmasına dua edirik. Mən bu ərazidə xilasedici işləri sayının artırılmasına dua edirik", - deyə Netanyahu bəyan edib. Xilasetmə işlərinə ordu cəlb edilib.

Strateji tərəfdaşımız, Azərbaycanın haqq işində hər zaman yanında olan İsraildə baş verənlər ölkəmizdə də kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə qardaş yəhudi xalqı ilə həmrəylik nümayiş etdirilib. Hətta yazılan statuslarda xilasedici işlərdində könüllü iştirak etmək istəyənlər də olub.

Kamran Seyidov
Milli.Az