Hüseyn Bayramov əmisi nəvəsi tərəfindən bıçaqlandı

30 Aprel 2021 09:14

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Albalılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Bayramov Hüseyn Bayram oğlu əmisinin nəvəsi ilə mübahisə edərkən bıçaqlanıb. O, sağ döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az