"Yuventus"un hücumçusu Paulo Dibalanın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu argentinalı futbolçu ilə hələlik razılığa gələ bilməyib.
Xəbərdə bildirilib ki, Dibalanın komandada qalıb-qalmayacağı "Yuventus"un Çempionlar Liqasına vəsiqə qazanmağından asılı olacaq. Komanda ÇL-ə vəsiqə qazana bilməsə, Dibala trasnferə çıxarılacaq.
Qeyd edək ki, Dibala bu mövsüm A seriyasında 16 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.
Milli.Az