Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb

29 Aprel 2021 20:21

"Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları qanunvericiliklə tənzimlənir".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə "Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda keçirilən dinləmədə deyib.

O bildirib ki, son üç ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması ilə yaxşı nəticələr əldə edilib: "Aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib".

Milli.Az