Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib

29 Aprel 2021 17:09

Prezident İlham Əliyev M.A.Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Milli.Az