Balığı qızartmaq - Omeqa-3-ləri yox edir

12 May 2021 22:44

Balığın orqanizmə bir çox faydaları vardır. Amma doğru bişirilmədikdə bütün təsirlərini itirir.

Milli.Az xəbər verir ki, türkiyəli diyetoloq Tuba Örnek bununla bağlı bəzi məsləhətlər verib:

"Ən önəmli protein qaynağı olan balığın br çox faydaları vardır. Mövsümündə düzənli olaraq balıq yeyərək beyin, ürək-damar və göz sağlamlığımızı qoruya, immun və sinir sistemimizi gücləndirə bilərsiniz. Eyni zamanda, balıq bir çox xərçəng növlərinə qarşı da təsirlidir. Balığın faydası omeqa 3 asidləri ilə zəngin olmasından irəli gəlir.

Araşdırmalara görə, balığın qida dəyərindən maksimum faydalanmaq üçün həftədə 2-3 dəfə yemək lazımdır. Burada diqqət edilməli olan balığın düzgün hazırlanmasıdır. Daha çox sobada bişirməyə üstünlük verin. Çünki qızardılmış balıq omeqa 3 dəyərini itirir. Balıq alarkən gözlərinin parlaq olmasına, dəri rənginə və qulağına fikir verin". /medicina.az

Milli.Az