Koronavirusa yoluxan nazirin son vəziyyəti açıqlandı

29 Aprel 2021 15:00

"Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Mədəniyyət naziri Anar Kərimovun səhhəti yaxşılığa dorğu gedir".

Milli.Az xəbər evrir ki, bu barədə oxu.az-a açıqlamasında Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə məlumat verib.

Onun sözlərinə görə, nazir aprelin 16-dan koronavirus xəstəliyindən müalicə alır:

"Vəziyyəti stabildir, gələn həftə karantin müddəti bitir. Hər şey yaxşı olsa, nazir öz vəzifəsinin icrasını davam etdirəcək".

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur.

Milli.Az