Türk qırıcıları terrorçuları məhv edir - VİDEO

29 Aprel 2021 16:39

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatları nəticəsində 5 PKK terrorçusu PUA-larımız tərəfindən zərərsizləşdirilib. Zərərsizləşdirilən PKK terrorçularının sayı 42-yə çatıb", - məlumatda bildirilib.

Qeyd edək ki, "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatları aprelin 24-də başlayıb.

Milli.Az