Ermənistanda COVID-19-a yoluxanların sayı 215 mini ötüb

29 Aprel 2021 12:54

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 656 yeni yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 215 528 nəfərə çatıb.

Son sutka ərzində virusdan 16 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 4087 nəfərə yüksəlib.

Milli.Az