Məktəb direktoru koronavirusdan vəfat etdi

29 Aprel 2021 10:16

Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.

Füzuli rayon Təhsil Şöbəsindən Milli.Az-a bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Milli.Az