Bakıda velosipedçini avtomobil vurub

29 Aprel 2021 08:08

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Yolu keçən velosipedçi 1990-cı il təvəllüdlü Zülfüqarov Şəmkir İnətulla oğlunu minik avtomobil vurub. Ş.Zülfüqarov komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.

Milli.Az