Bu gün peyvənd olunanların sayı açıqlandı

28 Aprel 2021 17:01

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 871 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9160 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir. 

Milli.Az