PSJ 2 yeni akademiya açdı

2 May 2021 19:35

PSJ Şimali Amerikadakı fəaliyyətini genişləndirməyə davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fransa klubu Texas və Arizonada iki yeni akademiya açıb. Hyustan və Foniksdəki akademiyaya qəbul isə may ayının sonlarında olacaq.

Qeyd edək ki, akademiyalarda U-4-dən U-17-yə qədər bütün yaş qrupları üzrə oğlan və qızlar üçün proqramlar tərtib ediləcək.

Milli.Az