A seriyasında 9 ildən sonra yeni çempion

2 May 2021 19:33

İtaliya A seriyasında 2020-2021 mövsümünün qalibi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "İnter" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu, 34-cü turda bu gün keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra dəqiqləşib. "Atalanta"nın xal itirməsi və lider "İnter"lə xal fərqinin 13 olması yarışın qalibini müəyyənləşdirib.

Qeyd edək ki, "İnter" 11 ildən sonra növbəti dəfə çempion adını qazanıb. Bu, Milan təmsiççisinin ümumilikdə 19-cu çempionluğudur. Son 9 mövsümdə isə "Yuventus" yarışın qalibi olurdu.

Milli.Az