Nazir Azad Rəhimov vəfat edib? - Nazirlikdən açıqlama

28 Aprel 2021 13:30

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb. 

Bu barədə Milli.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. 

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

Milli.Az