Hindistanda xəstəxanada yanğın: Ölənlər var

28 Aprel 2021 16:09

Hindistanın Mumbay şəhərində xəstəxanaların birində dəhşətli yanğın baş verib.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə nəticəsində 4 xəstə yanaraq ölüb. Yanğın yerinə çox sayda xilasedici qruplar cəlb olunub. Xəstəxanada müalicə alan xəstələr yaxınlıqdakı xəstəxanaya evakuasiya edilib.

Yanğının baş vermə səbəbi araşdırılır. 

Milli.Az