İntim fotoları ələ keçən qadın polisə getdi, şantajçı tutuldu - Bakıda

28 Aprel 2021 15:34

Bakıda bir qadından sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb edən şəxs saxlanılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə  cinayət işi başlanıb.

Milli.Az