Separatçı rejimin qalıqlarının "başçı"sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Arutyunyan bildirib ki, həmin vaxt Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər.
O, həmçinin 1994-cü ilin may atəşkəsindən sonra Ermənistan və separatçı qüvvələrin dünya təcrübəsindən lazımi dərsləri almadığını və bunun sarsıdıcı məğlubiyyətə gətirib çıxardığını etiraf edib.
Milli.Az