Bakı şəhəri üzrə təxminən 40 faiz dayanacaq bu günə kimi yenilənib - BNA

28 Aprel 2021 12:16

Bakı şəhəri üzrə təxminən 40 faiz dayanacaq bu günə kimi yenilənib.

Bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib. Onun sölərinə görə, 2020-ci ildə 301 avtobus dayanacağı təşkil edilib:

"Onlardan 100-ü pavilyondur. Son 5 il ərzində isə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur".

Sədr əlavə edib ki, gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulur.

Milli.Az