İnyesta qayıtdı

2 May 2021 19:26

"Barselona"nın sabiq futbolçusu, hazırda "Vissel Kobe"də çıxış edən Andres İnyesta bu il ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ötən gün "Sanfresse Hirosima" ilə matçda (3:0) iştirak edib. O, görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, İnyesta zədə səbəbindən ötən ilin dekabrından yaşıl meydanlardan kənarda qalıb.

Milli.Az