Macarıstanda əhalinin koronavirusa qarşı peyvənd olunması üçün nəzərdə tutulan plan indiki templərlə yerinə yetirilərsə, ölkə artıq bu il kollektiv immunitetə nail ola bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyan edib.
Hökumət hesab edir ki, kollektiv immunitet üçün əhalinin 60-80 faizi peyvənd edilməlidir.
"Janssen" vaksininin ilk dozalarının qarşıdakı həftədə ölkəyə çatdırılacağı gözlənilir.
Milli.Az