Britaniyada bir gündə 2685 nəfərdə COVID-19 aşkarlanıb

27 Aprel 2021 20:14

Böyük Britaniyada son sutka ərzində 2685 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 409 631 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 451 nəfərə çatıb.

Milli.Az