Qax rayonunda irigövdəli palıd ağacı kökündən kəsilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, hadisə ötən gün Zəyəm kəndində qeydə alınıb. Palıd ağacı sözügedən kənd qəbiristanlığında olub.
Qax rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Milli.Az