Şəhriyar Aronyana qalib gəldi - FOTO

2 May 2021 23:04

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüşdbaş tutub.

Milli.Az bildirir ki, bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb. 

Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub. 

Milli.Az