Pandemiya dövrünün ən təhlükəsiz ölkəsi

27 Aprel 2021 16:14

Sinqapur koronavirus pandemiyası dövründə ən təhlükəsiz ölkə elan olunub.

Milli.Az Bloomberg-ə istinadən xəbər verir ki, Sinqapur bu siyahıda Yeni Zellendiyanı üstələyib. Belə bir optimistik vəziyyətə səbəb virusun yayılmasına qarşı effektiv vaksinasiya tədbirləri, əhalinin aktivliyi olub.

Sinqapur rəsmiləri operativ şəkildə sərhədləri bağlayıb, sərt karantin tədbirləri görüb. Sərt qaydalar hesabına xəstə sayını minimuma endirmək mümkün olub.

Sinqapur, Yeni Zellenadiya, Avstraliyadan sonra İsrail gəlib. Tədqiqatda 53 ölkə iştirak edib.

Kamran
Milli.Az